20 qadın, 95 kişi üzvü olan parlament: 10 yer isə boşdur

20-05-2024, 12:50           
20 qadın, 95 kişi üzvü olan parlament: 10 yer isə boşdur
Son günlər Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müxtəlif iddialar səslənir.

Səslənən iddialarda seçkilərin bu ilin avqust ayında baş tutacağı deyilir.

Hazırda isə Milli Məclisin VI çağırışı öz işindədir.

Maksimum 125 nəfərdən formalaşan parlamentdə hazırda 10 deputat yeri boşdir.

“Cebhe.info” xəbər verir ki, hazırda parlamentdə 115 deputat var. Onlarda 20-si qadın, 95-i ilə kişdirir.

Yerlərin boş qalmasının müxtəlif səbəbləri var. Belə ki, 2020-ci ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairənin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edildi.

Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.

3 deputat isə vəfat edib. Onlar Qənirə Paşayeva, Madər Musayev və Fəttah Heydərovdur.

Deputlardan Şahin Şeyidzadə isə Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunduğu üçün mandatını itirib. Deputat Ramin Məmmədov isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunduğu üçün parlamentdəki yeri boş qalıb. Parlamentin daha bir üzvü Eldəniz Səlimov isə həbs olunduğu üçün deputat mandatını itirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.