Marketlərdə qiymətlər niyə BAHADIR? - AKTUAL
22-05-2024, 08:30
Azərbaycanda qiymət artımları tez-tez baç verir. Bundan əlavə ölkədə xarici məhsulların da qiymətlərində bahalaşmalar müşahidə olunur. Eyni zamanda xarici məhsulların sayı mağazalarda və marketlerdə gündən günə artır. Bəs xarici məhsullar daxili bazara və qiymətlərə necə təsir edir?
Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, bir ölkənin ərazisi nə qədər böyükdürsə, ayrı-ayrı məhsullar idxal etmək imkanları da daha çox olur:
"Bir ölkənin ərazisi nə qədər böyükdürsə, misal üçün ABŞ-Rusiya ölkələr ayrı-ayrı məhsullar idxal etmək imkanları da daha çox olur. ABŞ-də kənd təsərrüfatı inkişaf etmiş ölkədir. ABŞ-nin ərazisi böyük olduğuna görə kənd təsərrüfatı məhsullarını ixrac edilir. Bu səbəbdən öz daxili bazarını bir çox məhsullar ilə təmin edir. Amma daxili bazarın ancaq öz məhsulları ilə təmin edə bilməz. Ümumiyyətlə dünyada elə ölkə yoxdur ki, bütün məhsulları özü təmin etsin.
Daha kiçik ölkələrə gəldikdə isə, misal üçün Hollandiya kimi ölkələr götürək. Bu ölkələr böyük ölkələrə nisbətdə bazarlarını öz məhsulları ilə daha az təmin edirlər. Eyni zamanda Azərbaycan da bu kimi ölkələr sırasılna daxildir. Azərbaycan ərazi baxımdan o qədər də böyük ölkə deyil ki, bütün məhsullarımızı özü təmin etsin. Bu normal bir haldır. O ki qaldı daxili bazara ölkəmizdə kənd təsərüffatı sahibkarları vergidən azad olunub. Xarici məhsullar bizim üçün problem yaratmır. Əksinə buğda məhsulunu gətirmək də vergidən azad olunub.
İqtisadçı qiymətlərin alıcılıq qabiliyyəti ilə müəyyən olunduğunu bildirib
"Hesab edirəm ki, bu baxımdan problem yoxdur. Bəzən bəzi məhsullarda idxalçı süni qiymət artımı yaradır. Bu hallarla da qarşılaşırıq. Qiymət alıcılıq qabiliyyəti ilə müəyyən olunur. Azərbaycan da sosial rifah, digər MDB ölkələrinə nisbətən daha yaxşıdır. Bu da öz növbəsidnə qiymətlərə təsir edir . Xarici məhsullar eyni zamanda rəqabət mühiti yaradır".