"Restoranların mətbəxlərində böyük antisanitariya hökm sürür, gətirilmiş yeməklər, qızdırılaraq müştəriyə verilir"

22-05-2024, 18:54           
"Restoranların mətbəxlərində böyük antisanitariya hökm sürür, gətirilmiş yeməklər, qızdırılaraq müştəriyə verilir"
Paytaxtın məşhur "Paris Bistro" restoranının mətbəxində antisanitar vəziyyət olduğu iddia edilir. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Ümumilikdə ölkələrdə restoranların mətbəxlərinə nəzarət edilib yoxlanışlar aparılırmı?

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açqılama verib.
E. Hüseynov bildirib ki, restoranların mətbəxlərində böyük antisanitarıya hökm sürür.

"Restoranların mətbəxlərində böyük antisanitarıya hökm sürür. Telelayihə çərçivəsində Azad istehlakçılar birliyi 8 il əvvəl Bakının mərkəzində yerləşən restoranlarda monitoriqlər apardıq. Mətbəxlərə baş çəkdik. Məlum oldu ki, bir çox bahalı restoranların qonaqları zalda oturub yemək gözləyir. Mətbəxlər də antisanitariya hökm sürür. Haradansa gətirilmiş yeməklər, qızdırılaraq müştəriyə verilir. Çox qəribə vəziyyət müşahidə etmişdik.

Mətbəxə kameraların qurulmasını və müştərilərin zalda bu prosesi izləmək imkanını yaradılmasını təklif etdik . Bunu sadəcə bir restoran etdi. Daha sonra həmin restoranda vəziyyət müsbətə doğru dəyişdi. Bildiyim qədəri ilə hazırda da o kameralar işlək vəziyyətdədir. Lakin başqa bir restoranda mətbəx açınacaqlı vəziyyətdə idi. Əlbəttə mətbəxi çox yaxşı səviyyədə olan restoranlar da var. Kirli,yanmış qablar və s".

Ekspert bildirib ki, restoranların qabyuyan yerlərində 90 faizində üstü-başı kirli qadın və əlində kirli bir əski görmək olar:

"Ümumilikdə respublika ərazisində vəziyyət çox acınacaqlıdır. Turizm həvəskar və islehlak hüquqlarını qoruyan bir şəxs kimi hər il Azərbaycanın bütün regionlarına gedirəm. Hər zonada ilk olaraq qab yuyulan yerə baxaram . Demək olar ki, restoranların qabyuyan yerlərində 90 faizi üstü başı kirli qadın və əlində kirli bir əski görmək olar. Mətbəxdə pis gündə olur.

Şimal zonasında tələb təklifi o qədər üstələyib ki, orada insanlar ən antisanitar bir yerdə "it əti" də versələr yeyəcəklər. Çünki burada yaşayan, dincələn insanlar növbəyə durub.

Qusar rayonun yaxınlığlında Qaikənd deyilən yerdə bir neçə restoran var. Həmin restoranlarda heç bir sanitariyalarda danişmaq olmaz. Cənub zonasında Lənkəranda vəziyyət daha yaxşıdır. Lerik Yardımlı zonasında da şimal rayonlara baxanda vəziyyət yaxşıdır. Lakin Lerikdən gələn çay tullantılarla doludur. Tullantılar hamısı çaya axıdılır. Lerikin İcra hakimiyyəti bu məsələni aradan qaldırmalıdır".

Azad İstehlakçılar İctimai Birliyinin sədri vətəndaşlara Bakıda mətbəxi açıq olan restoranlar üstünlük verilməsinin bildirib:

Bakıda mətbəxi açıq olan restoranlar üstünlük verilməsinin tərəfdarıyam. Elə restoranlar Bakıda var. Bu zaman istehlakçı özü hər şeyi görür. Ümumiyyətlə restoran sahibi istəyirsə ki tənqid olmasın, bu zaman restorana kameraqoymalıdır. Bir çox ölkələrdə və qonşu Türkiyədə bu sistemdən istifadə edilir. Bu çox yaxşı addımdır. Çox təəssüf ki, bu prosesi biz ölkəmizdə geniş yaya bilməmişik. Amma ölkədə çox yaxşı standartlara sahib olan restoranlar da var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.