Trampın 5 ildən sonra Konqresə ilk müraciətində xarici və daxili siyasət məsələləri əsas diqqət mərkəzində olacaq
Dünən, 15:18

Prezident Donald Tramp ABŞ prezidentliyinin ən mühüm ilk həftələrini başa vuraraq, çərşənbə axşamı Konqres qarşısında çıxış edəcək.
Adətən inauqurasiyanın olunmadığı illərdə "Birliyin durumu" adlanan hesabat məruzəsi kimi tanınan bu müraciət Trampa ABŞ iqtisadiyyatı və immiqrasiya siyasəti ilə bağlı öz baxışını ifadə etmək və federal işçi qüvvəsini ixtisar etmək və Ukrayna prezidenti Volodimir Zelenski ilə yaşanan gərginlik kimi son mübahisəli qərarları müdafiə etmək imkanı verəcək.
Lakin Tramp üçün ən aktual problem 14 mart tarixində son möhlətə qədər hökuməti maliyyələşdirən büdcəni qəbul etmək üçün Senatda və Nümayəndələr Palatasında əksəriyyətdə olan Respublikaçıları birləşdirmək olacaq. Respublikaçılar aztəminatlı insanlara tibbi sığorta təmin edən Medicaid kimi populyar sosial müdafiə proqramlarının kəsilib kəsilməməsi, ABŞ borcunun ödənilməsi və Trampın ilk prezidentliyi dövründə 2017-ci ildə qəbul edilmiş vergi müavinətlərinin uzadılması üçün ödənişin olub-olmaması ilə bağlı fərqli fikirlərə malikdirlər.
Tramp daxili siyasət gündəmini maliyyələşdirmək üçün "bir böyük, gözəl qanun layihəsi" üçün çağırış edib.
"Bizi qarşıda çox çətin iş gözləyir, lakin biz Amerika Birincidir proqramını həyata keçirəcəyik. Biz onların yalnız bəzilərini deyil, hamısını yerinə yetirəcəyik", Nümayəndələr Palatasının spikeri Mayk Conson keçən həftə jurnalistlərə deyib.
Konqresdəki Demokratlar büdcəni zənginlərin xeyrinə olduğuna görə tənqid ediblər.
“Səhv etməyin, bu, yaşlılar, uşaqlar və əlilləri soyacaq demək olacaq və zənginlərin daha da varlanmasına imkan verəcək”, Senatda azlıqların lideri Çak Şumer ötən həftə qeyd edib.
Tramp həmçinin çox güman ki, ABŞ-ın digər ölkələrə tariflər tətbiq etməsinin səbəblərindən danışacaq. O, Kanada və Meksikaya 25% tariflərin çərşənbə axşamı qüvvəyə minəcəyini təsdiqləyib.
Trampın vəzifədə olduğu ilk həftələr həm də onun kampaniyasının əsas məsələlərindən biri olan immiqrasiya islahatlarına dair sərəncamlarla yadda qalıb. Onun çərşənbə axşamı çıxışında ABŞ-ın Meksika ilə cənub sərhədinin təhlükəsizliyinə dair dəyişiklikləri vurğulayacağı gözlənilir.
Onun həmçinin milyarder İlon Maskın rəhbərlik etdiyi DOGE kimi tanınan Hökumətin Səmərəliliyi Departamentinin yaradılması məsələsinə də toxuna biləcəyi gözlənilir.
Daxili siyasət məsələləri ənənəvi olaraq prezidentin Konqresə müraciətlərinin əsas diqqət mərkəzində olsa da, Trampın çıxışında bir sıra aktual xarici siyasət problemlərinin gündəmə gəlməsi ehtimalı var.
Tramp ötən cümə günü Zelenski ilə Oval Ofisdə gərgin mübahisədən sonra jurnalistlərə deyib ki, o, Ukraynanın Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hərbi müdarxiləsi ilə başlayan münaqişəyə Birləşmiş Ştatların 200 milyard dollara yaxın töhfəsini yetərincə qiymətləndirdiyini hiss etmir.
Trampın Qəzzada atəşkəs və münaqişənin hökm sürdüyü bölgədə daşınmaz əmlak sahəsində inkişaf planlarına da toxunacağı gözlənilir.
Senator və Federal Təhqiqatlar Bürosunun keçmiş analitiki Elisa Slotkin Trampın müraciətinə Demokratların cavabımı çatdıracaq. Slotkin seçicilərin səslərinin qazanmaq üçün iqtisadiyyata diqqət yetirərək, seçkinin nəticələrinə təsir göstərən ştatlar arasında olan Miçiqan ştatında qələbə qazanıb.