Abşeronun icra başçısının QUMAR SEVDASI

5-03-2025, 08:52           
Abşeronun icra başçısının QUMAR SEVDASI
Abşeron rayon İcra Hakimiyyəti iə rayon mərkəzi poçtunun qarşısına "Azərlotereya"nın köşkü qoyulub.

Bu barədə Mia.az-a oxucularımız foto göndəriblər.

Bildirilir ki, rayonun mühüm dövlət qurumlarının qarşısında, o cümlədən 1 saylı orta məktəbin çox yaxınlığında belə bir köşkün qoyulması xoş deyil: "İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev buna necə icazə verib? Yoxsa o, binaya arxadan girib-çıxır deyə binanın qənşərində, şəhidlər abidəsinin yerləşdiyi məşhur Rəsulzadə küçəsini də bazara çevirməyi düşünür?

Axı bu köşkün arxasında 1 saylı orta məktəb yerləşir. Niyə uşaqların gələcəyi qaraldılır? Kim zamanət verə bilər ki, sabah uşaqlar orada "qumar"a qurşanmayacaq? Ümid edirik ki, Abdin Fərzəliyev gec də olsa, səhvini ortadan qaldıracaq".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru