Sabah Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
Bu gün, 16:37
Sabah Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək", deyə məlumatda qeyd edilib.