Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərdə qələbə qazanıb
Bu gün, 12:44
Son 40 gün ərzində Azərbaycan Respublikası, eləcə də onun vətəndaşları namizəd olduqları və beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş 6 seçkidən hamısında qələbə qazanıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.
Sözügedən 6 seçki prosesini təqdim edirik:
- BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə);
- BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə);
- UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə);
- BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə);
- BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik;
- Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.