Azərbaycanın pulları Gürcüstana axır- 578 milyon dollar

13-03-2017, 10:28           

2016-cı ildə Gürcüstan iqtisadiyyatına ümumilikdə 1,6 milyard dollar həcmində xarici sərmayə qoyulub. Bu da 2015-ci illə müqayisədə 22 faiz çoxdur.

Gürcüstan iqtisadiyyatına qoyulan xarici sərmayələrin 35 faizi və ya 578 milyon dolları Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici investorları sırasında birinci yerdədir.
Siyahıda ikinci yerdə Türkiyə (272 milyon dollar), üçüncü yerdə isə Böyük Britaniya (121 milyon dollar) dayanır.

Gürcüstan milli statistika xidmətindən bildiriblər ki, ötən il xarici sərmayələrin 645 milyon dolları nəqliyyat və rabitə, 203 milyon dolları energetika, 163 milyon dolları tikinti sahələrinə qoyulub. Qalan hissə isə istehsal sənayesi, daşınmaz əmlak, otel və restoranlara, səhiyyə, təhsil və digər sahələrə yönəldilib (Azərtac).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.