“Mən Ziya Məmmədovla yaxın olmuşam, bu gün də yaxınam, gələcəkdə də yaxın olacam” - “tikinti kralı”
13-03-2017, 17:47
“Mən Ziya Məmmədovla yaxın olmuşam, bu gün də yaxınam, gələcəkdə də yaxın olacam”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında sabiq nəqliyyat naziri Ziya Məmmədovun “tikinti kralı” tanınan iş adamı Qulam Ələkbərov söyləyib. Qeyd edək ki, Ziya Məmmədovun “vurulmasından” sonra ona yaxın olan şirkətlər və iş adamlarının ciddi problemlərlə üzləşmələri barədə fikirlər yayılıb. Ziya Məmmədovla yaxınlığı ilə hər zaman öyünən Qulam Ələkbərov saytımıza açıqlamasında bildirib ki, öz işləri qaydasında davam edir və ona qarşı hər hansı maneə yoxdur: “Ziya Məmmədov uzun illər dövlətə xidmət etdi. Allah Cənab Prezidentin canını sağ eləsin. Onu pensiyaya göndərib. O da oturub evində-eşiyində dincəlir. Mənə qarşı da hansısa mənfi münasibət yoxdur”. İş adamı bildirib ki, Ziya Məmmədovla tez –tez əlaqə saxlayır: “Barəsində yazılan və deyilənlərə əhəmiyyət vermir. Ziya müəllim yükək əhal-ruhiyyədədir”. Qeyd edək ki, Qulam Ələkbərov nəqliyyat nazirliyinin həyata keçirdiyi tenderlərin qalibi olan əsas şirkət və firmalara rəhbərlik edib. Onun Ziya Məmmədovla şərikli biznesi də var.