Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri martın 15-də başa çatıb. teref.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli rəsmi şəxsləri yola salıblar.