Alışanovun bütün sahələr üzrə fəaliyyəti araşdırılacaq

16-03-2017, 14:06           
Alışanovun bütün sahələr üzrə fəaliyyəti araşdırılacaq
AzTV-nin sabiq əməkdaşları Arif Alışanovun son 10 ildəki fəaliyyətini təhqiq edən İctimai Araşdırma Qrupu yaradıblar.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda AzTV-nin sabiq əməkdaşı, tanınmış rejissor Nərgiz Cabbarlı sosial şəbəkədəki səhifəsində belə yazıb:
“Əziz dostlar! Heç kimə sirr deyil ki, ölkədə yerli televiziyalara baxanların sayı ildən-ilə azalır. Tamaşaçısılar, əsasən, xarici telekanalları izləyirlər. Çünki seyrçi yerli TV-lərdən, o cümlədən dövlətin hər il büdcədən milyon manatlarla vəsait ayırdığı AzTV-dən gərəkli məlumat ala bilmir. Cəmiyyəti narahat edən problemlərə yer verməyən, məhdud mövzularla kifayətlənən dövlət kanalında son illər peşəkarlığın da aşağı düşməsi, mənfi halların çoxalması təəssüf hissi doğurur.

Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri AzTV sədri Arıf Alışanovun qeyri-peşəkar və yaradıcı işdən uzaq olması, yanlış kadr siyasəti aparması, kanalı şəxsi firması kimi idarə etməsi, ciddi qanun pozuntularına yol verməsidir.

Bundan başqa kanalda peşəkarların sıxışdırılması, mənəvi mühitin korlanması, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi, xarici şirkətlərlə müəmmalı maliyyə əməliyyatlarının aparılması barədə mediada məlumatların çoxalması A.Alışanovun fəaliyyətinə diqqət yetirilməsini tələb edir. Bunu nəzərərə alaraq, biz televiziya işçiləri AzTV sədrinin son 10 ildəki fəaliyyətini təhqiq edən İctimai Araşdırma Qrupu yaratmağı qərara almışıq. Qrupda televiziya işçiləri ilə yanaşı, hüquqşünas və QHT nümayəndələri də olacaq. Biz Alışanovun bütün sahələr üzrə fəaliyyətini araşdıracaq və bu barədə həm ictimaiyyətə, həm də dövlət qurumlarına məlumat verəcəyik. Qrupa qoşulmaq istəyən ciddi insanlar müraciət edə bilərlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.