Azərbaycan diasporunun Yanlışları - Rusiya Azərbaycan diasporunun fəaliyyətini niyə qadağan etdi?

17-05-2017, 21:54           

teref.az təqdim edir:
Üç milyondan çox soydaşımızın yaşadığı, onlarla zəngin iş adamımızın olduğu, ermənipərəst tutumuna baxmadan Azərbaycan tərəfindən Putinin qürurunu dövlət səviyyəsində oxşayan jestlərin edilməsinə baxmayaraq, Avropanın küncə sıxıştırdığı və bu anda Türklərə möhtac olan Rusiya belə aqressiv, reaksiya yaradacaq bir qərara hansı səbəbə imza atdı?
Halbuki Ümumrusya Azerbaycanlılar Kongresinin yaranması haqqında qərar şəxsən Putin tərəfindən imzalanmış olmaqla birlikdə bu təşkilatın əsas məqsədi iki ölkə arasındakı münasibətin daha da inkişafına xidmət idi və ÜAK də bu istiqamətdə fəaliyyət göstərirdi. Bu kimləri narahat etdi və yaxud kimlərin bu qərardan necə bir xeyir gözlənilirdi?
Bu qərarın alınmasında Erməni lobbisinin rolu və Azərbaycan diasporunun müvəffəqiyyətsizliyi nə qədər təsirlidir?
Erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan və gizli ermənilərin bir xeyli təsirli olduğu Türkiyədə Azərbaycan diasporunun vəziyyəti nədir?
Bütün bu sualların cavabını bir yazı serialı halında təqdim edirəm.
1-Rusiya məhkəməsi tərəfindən verilən Ümumrusya AzerbaycanlılarKongresinin (ÜAK) bağlanması qərarını məntiqlə müzakirə etməyimiz və bundan sonrası üçün bir yol xəritəsi çəkməyimiz lazımdır.
Prioritet olaraq bunu vurğulamaq lazımdır ki Azərbaycanın və birlikdə hərəkət etdiyi, bir millət iki dövlət olaraq bildiyi Türkiyənin Rusiya ilə strateji ortaqlıqdan çəkilməməsə gərəkdir. Bölgədə ağıllı bir xarici siyasət üçün tarix boyunca ən çox döyüşdüyümüz və ən çox xəyanətinə şahid olduğumuz Rusiyanın siyasi partnyorluğuna hər zamankından daha çox ehtiyac duyduğumuz bir həqiqətdir. Eynilə Rusiyanın Orta Şərq siyasətində Türkiyəyə enerji ötürülməsi siyasətində Qafqazda oyun qurucu mövqeyində olan Azərbaycanı hesabdan atsa müvəffəqiyyətli ola bilməyəcəyini fərqində olduğu və bu ölkə ilə əməkdaşlıq içərisində hərəkət etməyə məcbur olduğu gerçəyi kimi.
Rusiya enerji siyasətinə xarici siyasətini istiqamətləndirməkdədir. Qısacası bundan ötəri Qafqazda Azərbaycana Orta Şərqdə Türkiyəyə istinad etməyə məcburdur.
Məcbur sözünün lüğət mənası;
"Öz istəyinin xaricində, zorla, qaçınılmaz, zəruri olaraq" dır.
Yəni Rusiyanın bizə olan münasibət və mövqeyini bu mənalarda qiymətləndirməliyik, biz də bu həqiqətin işığında Rusiya ilə siyasi və iqtisadi, mədəni əlaqələrimizi davam etməliyik
İndi gələk Azərbaycan torpaqlarının yüzdə iyirmisini işğal edən və sözdə soyqırım iddiaları ilə Türkiyənin cəzalanmasını dünyadan tələb edən Ermənistanın Rusiya ilə əlaqələrinə.
Ermənistan istər çar Rusiyası istərsə indiki vaxtda hər zaman Rusiyanın Qafqazda məşhur Şərq Siyasəti çərçivəsində, isti dənizlərə enmə strategiyası çərçivəsində polis bölməsi olaraq istifadə etdiyi və bu vəsilə ilə də köhnə Türk torpaqları olan Rəvan xanlığı üzərində öz əli ilə qurduğu bir peyk dövlətdir.
1715-ci ildən günümüzə qədər Rusiyanın Qafqaz və Orta şərqdə imtina siyasətinin baş aktyoru şübhəsiz Ermənilər olmuşdur. Bugünkü Ermənistan və Erməni şəxsiyyətinin Rus siyasi ağlının bir icadı olduğunu söyləmək heç də səhv olmayacaq. Ancaq Rusiyanın Erməni siyasəti, dövrlərə və mövqeyinə görə dəyişkənlik göstərmişdir. Əslində Rusiya erməniləri öz məqsədi istiqamətində istifadə edərkən heç bir zaman səmimi Erməni dostu olmamışdır. Ermənilər də bunun fərqində olduqları halda gec də olsa öz xəyallarına ancaq ruslar vasitəsilə çatacaqlarına inanmışlar. Çünki ermənilər, bir Erməni coğrafiyasının meydana gəlməsində Ruslara hər zaman minnət duymaqdadırlar ki, bunda da haqsız sayılmazlar.
Türkiyənin humanistliyi və xarici dövlətlərin təzyiq vasitəsi olaraq bu ölkəyə qarşı istifadə etdikləri Erməni probleminə beynəlxalq ölçü qazandıran dövlət Rusiya olmuşdur. Rusiya ilk dəfə 3 Mart 1878-ci ildə imzalanan Ayastefanos müqaviləsinin maddələri arasında Ermənilərlə əlaqədar bir maddəni qoydurmaqla Osmanlının siyasət gündəminə bu problemi daxil etmişdir. Beləcə, ermənilər diplomatik sahədə məqsədlərinə çatmışlar və sözdə Erməni məsələsini Ruslar köməyiylə dünya ictimaiyyətinin gündəminə gətirə bilmişlərdir
Erməni məsələsi əslində ilk dəfə I Pyotr dövründə Rus siyasətinin bir parçası halına gəlmişdir. 1. Petro, 1722-ci ildə təşkil etdiyi Xəzər səfəriylə Qafqazda yapışmaq üçün mərkəzi Bakı olmaqla Xəzərin qərb sahilində bir Erməni krallığı yaratmaq istəmiş və bu məqsədlə, bölgəyə dağılan və ümumi mənada ticarətlə məşğul olan Erməni camaatlarının bir siyahısını hazırlayaraq Mazandarandan başlayıb Dərbəndə qədər olan Azərbaycan torpaqlarına yerləşmələrinə çalışmışdır. Ancaq bu müvəffəqiyyətli olmamış, Ruslar bu hədəflərinə yüz il aradan sonra 1828-ci ildə İranla, 1829-ci ildə da Osmanlıyla etdikləri Türkmənçay və Ədirnə müqavilələri ilə nail olmuşlar. Bu müqavilələr nəticəsində Osmanlı və İran coğrafiyasında köç etdirilən ermənilərdən ibarət mərkəzi İrəvan olmaqla bir Erməni bölgəsi yaradılmışdır. Ancaq 1918-ci ilə qədər yaradılan bu bölgədə ermənilər həmişə azlıq olaraq qalmışlar. Ermənilərin Ermənistanda əksəriyyət olması 1918-1920 və 1946-1947-ci illərdə bölgədəki Türklərə qarşı edilən etnik təmizliklə mümkün olmuşdur.
Sovetlər Birliyinin ərköyün uşağı olan Ermənistana Rusiya, eynilə ABŞ ın Yunanıstana tətbiq etdiyi "xüsusi status"u tətbiq etmişdir.
Azərbaycan torpaqlarının Ermənistana verilməsi, Azərbaycanın təbii sərvətlərinin ermənilərə peşkəş çəkilməsi bunlardan yalnız bir neçə nümunədir.
Dünyaya ictimai ədaləti təlqin edən Sovetlər adlı bir sistem ədalətsiz davranışı ilə özü kiçik amma xəyalları "Böyük olan Ermənistan" ın ağzına bal sürərək Türklərə qarşı bütün çirkli işlərində istifadə etməkdə və istifadəyə davam etməkdədir.
Türkiyə ilə Azərbaycan arasında varlıq göstərən Zəngəzur dəhlizi da Azərbaycandan alınaraq Rusiyanın məkrli planı ilə ermənilərə haqsızlıqla (öz başına) verilmişdir.
Sovetlər Birliyinin yıxıldığı dövrdə ruslar separatçı rejimlərə dəstək verərək Azərbaycan kimi ölkələrə təzyiq etmək, öz idarəsində tutmaq, Qərbə inteqrasiyasının qarşısını almaq, Rusiyadan daha çox asılı etmək siyasətində tarix boyunca etdiyi kimi erməniləri maşa olaraq istifadə etmiş, Dağlıq Qarabağ bu iki dövlətin ortaq planlaması ilə işğal edilmişdir.
Qarabağ problemi Rusiya baxımından Qafqazda fəaliyyətini davam etdirməsi məqsədi istiqamətində əhəmiyyətli bir vasitədir.
Rusiya, bu problemin həll edilməsini əsla və qəti arzu etmir.
Necə ki Rusiya Xarici İşlər naziri (Erməni mənşəli) Lavrov və digər üst səviyyə dövlət rəsmiləri də bunu açıq bir şəkildə mütəmadi olaraq ifadə etməkdədirlər.
Bu səbəbdən, hər fürsətdə Türkiyə ilə birlikdə hərəkət edəcəyini açıqlayan və bir millət iki dövlət ifadəsini rəsmi ideologiya olaraq tətbiq edən Azərbaycan, bunun xaricində Qərbi siyasi müttəfiqi olaraq üstünlük edən Gürcüstan qarşısında Rusiyanın Qafqazda əldə saxlayacağı mövqeyində olan ölkə Ermenistandır.Rusyanın varlığını bu bölgədə davam etdirə bilməsi üçün ilk postudur Ermənistan.
Ermənistanla əməkdaşlığa Rusiya istəklidir, məcburi istəkdir bu ikili arasındakı münasibət. Ermənilərin xəstəlik halına gətirdiyi başqalarının torpaqları sayəsində özünə "Böyük Ermənistan" yaratmaq xəyalının gerçəkləşməsi üçün Rusiyaya Rusiyanın da bu sürüşkən bölgədə tuta bilməsi üçün hərbi əsasa və maşa olaraq istifadə edə biləcəyi bir dövlətə ehtiyacı var.
Hər cür ehtiyac qarşılanması barəsində istifadə bacarıqları xeyli geniş səpgidə xidmət göstərən bir millətdən bəhs edirik, bu səbəbdən Rusiya bu millətdən və Qafqazdakı qiymətlisi olan bu dövlətdən asanlıqla əl çəkməz.
Rusiyadan Ermənistan Azərbaycan münasibətlərində və Dağlıq Qarabağ məsələsində haqq gözləmək sadəlövhlük olar, çünki bütün bu problemlərin yaradıcısı onsuz da Rusiya özüdür.
Bunlar bildiyimiz həqiqətlər və belə bir mühitdə Azərbaycan (həmçinin Türkiyə) Rusiya ilə düşmən olmadan amma bu dövlətin tarix boyunca dostumuz olmadığını da bilərək əlaqələrimizi davam etdirmeli, QHT lar üç milyondan çox soydaşımızın yaşadığı, kiçik hesab edilməyəcək iqtisadi gücə sahib yatırımcılarımızın olduğu bu ölkədə güclü erməni lobbisinin varlığını da göz qarşısında saxlayaraq birlikdə milli mənfəətlərimiz üçün ciddi şəkildə çalışmalıdır.
Yaxşı, bütün bunları bildiyimiz halda biz həm Rusiya ilə münasibətlərdə, həm də bu ölkədəki diaspor fəaliyyətimizdəki səhvi harada və niyə edirik?
Prof.Dr.Aygün Attar
Dünya Azərbaycanlıları Koordinasiya Şurası üzvü,
Türkiyə
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.