Türkiyə Ülkü Ocaqları Genəl Başqanı Olcay Klavuz bir qrup millətçi Qarabağ qazisi ilə görüşdü FOTO

19-05-2017, 12:36           

teref.az yazır ki, dünən Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup Qarabağ qazisi Türkiyə Ülkü Ocaqları Genəl Başqanı Olcay Klavuz bəylə görüş keçirdib. Sumqayıt şəhərində baş tutan görüşə Azərbaycanın Millətçi camiəsində tanınan simalarda qatılıb. Görüşü məşhur ozan Kaya Kuzucu açdı və mahnıları ilə hamını salamladı.Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Türk millətçiliyinin bu günkü vəziyyəti, qarşısındakı vəzifələrdən bəhs edildi. Türkiyə Ülkü Ocaqları Genəl Başqanı Olcay Klavuz bəy Ülkü Ocaqları rəhbərliyinin 91-ci ildən bəri ilk dəfə doğma türk torpağı olan Azərbaycana səfərindən danışdı.Qarabağda sərhəd zonasını gəzdiyini, gördüklərindən təəsüratları ilə bölüşdü. Türk millətçiliyinin cavan nəslinin böyüyüb yetişdiyini vurğulayan başkan Azərbaycandada millətçi gəncliyin irəli getdiyini vurğuladı.
Azərbaycan millətçi camiəsindən ünlü isimlər olan Qələndər Muxtarlı, İlyas Abdullayev, Səfər Turançı, Əlügül bəy Azərbaycanda millətçiliyin inkşafından, çətinliklərdən və Azərbaycan türkiyə iki qardaş ölkəınin eyni əqidə daşıyıcılarının əlaqələrindən danışdılar.
Görüşdə fikir mübadiləsi aparıldı və gələcək əlaqələrdən danışıldı.
Sonda xatirə fotoqrafları çəkildi və Olçay bəy xoş ovqatla Türkiyəyə yola salındı
Qeyd etmək istəyirik ki, görüşdə Türkiyınin ülkücü camiəsindən Hakan Seyhan bəy, Gökhan Seyhan bəy və tanınmış, sevilən ozan Kaya Kuzucu iştirak edirdi!
teref.az


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.