Azərbaycanı çox sevindirən milyard dollarlıq xəbər

22-05-2017, 16:09           
Azərbaycanı çox sevindirən milyard dollarlıq xəbər
Bu, ölkənin hər vətəndaşının vəziyyətini yaxşılaşdıracaq

Dünya bazarlarında Brent neftinin barrelinin qiyməti 54 dolları keçib.

İstiPress-in məlumatına görə, Brent nefti aprelin 24-dən bu yana ilk dəfə bu həddi keçib

“Reuters”ün məlumatına görə, neftin qiymətinin artması OPEK və Rusiya təmsilçilərinin mayın 25-ə gözlənən görüşü ilə bağlıdır. Agentlik bildirir ki, danışıqların gedişində neftin hasilatının sutkada 1,8 milyon barrel azaldılması barəcə razılığa gələ bilərlər.

22 may 2017-ci ildə Brent markalı neftin barrelinin qiyməti (dollar/barrel)
Neftin qiymətinin 50 dollardan yuxarı olması bütövlükdə Azərbaycanın gəlirlərini artıracaq ki, bu da büdcə problemlərinin həllində böyük dəstək deməkdir. Əgər neftin bareli 40 dollar olarsa, Azərbaycanın 2017-ci ildəki neft gəlirlərinin 5,2 milyard dollar olacağı proqnozlaşdırılır.

Amma neftin qiyməti 50 dollar olarsa, Dövlət Neft Fondunun gəlirləri 6 milyard dollara bərabər ola bilər. Neftin qiymətinin 60 dollar ətrafında dəyişməsi isə bu gəlirlərin daha 1 milyard dollar artması deməkdir.

Bu isə manata təzyiqlərin azalması və ölkə əhalisinin vəziyyətinin xeyli yaxşdırılaşması deməkdir. Neftin qiymətinin artması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilki gəlirlərinin artmasına da səbəb olacaq. Bu ilin birinci rübündə neftin qiyməti 50 dolalrdan yüksək olub ki, bu da ARDNF-in gəlirlərinin artmasına səbəb olub. ARDNF-dən verilən məlumata görə, fondun valyuta ehtiyatları 2017-ci ilin birinci rübünün yekunlarına görə 60 milyon dollar artaraq, 33 milyard 207 milyon dollara çatıb. Birinci rübdə fond ölkədə iqtisadi sabitliyin təmini üçün Azərbaycan Mərkəzi Bankına 2,3 milyard manat transfert gerçəkləşdirib. 2017-ci ildə fondun büdcəsində bu məqsədlər üçün 7,5 milyard manat, yəni indiki məzənnə ilə təxminən 4,5 milyard dollar ayrılması nəzərdə tutulub.
lə ölkənin qızıl-valyuta ehtiyatları 37 milyard 639 milyon dollar təşkil edib. Bunun 4 milyard 432 milyon dolları Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.