Leyla Əliyevanın Mehriban Əliyevanın əvəzinə deputat seçilməsi TƏKLİF edildi

24-05-2017, 21:39           

24 may 2017-ci il tarixində “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin baş ofisində İB-nin idarə heyəti ilə üzvləri arasında növbəti yığıncağı keçirilib.

A24.az bildirir ki, görüşdə ölkəmizin mövcud ictimai-siyasi durumuna dair bir neçə məsələlər müzakirə olunub, bu istiqamətlərdə vətəndaş cəmiyyəti olaraq atılması lazım bilinən addımlar müəyyən edilib. Çıxışlar zamanı müzakirə edilən məsələlərdən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi olub. DCİY İB-nin sədri Əsgər Məmmədov çıxışı zamanı Mehriban xanım Əliyevanın Xəzər rayonu, eləcə də ölkəmiz üçün bu günə qədər olan fəaliyyətindən geniş söhbət açıb, onun birinci vitse-prezident seçilməsi səbəbilə xitam verilən 14 saylı Xəzər rayon ikinci seçki dairəsindən olan deputatlıq fəaliyyətinin ən layiqli davamçısının Leyla xanım Əliyeva ola biləcəyi təklifini irəli sürüb.

Daha sonra sədr müavinləri Vadim Korolyev, Tural Məmmədov, idarə heyəti üzvləri professor Hüseyn Məmmədov, hüquqşünas Çingiz Nəcəfli çıxış edib, Leyla xanım Əliyevanın gənclərimiz, ölkəmiz, milli dəyərlərimiz, üçün gördüyü işlər yığıncaq iştirakçılarına bir daha xatırladıb.

Sədr müavini Vadim Korolyev çıxışı zamanı əminliklə vurğulanıb ki, əgər Leyla xanım deputatlıq mandatına sahib olarsa bu vəzifənin öhdəsindən layiqincə gələcək, gənclərimiz üçün nümunə ola biləcək fəaliyyətindən daha birini bizə göstərəcəkdir.

Professor Hüseyn Məmmədov çıxışı zamanı verilən təklifə öz müsbət rəyini bildirib, bu təklif qəbul olunarsa, Leyla xanım Əliyevanın namizədliyinin irəli sürüləcəyi təqdirdə onu, vəkili olaraq təmsil etməyə böyük məmnuniyyətlə hazır, bu sahədə təcrübəli üzvlərin olduğunu da qeyd edib. Verilən təkliflər yığıncaq üzvləri tərəfindən rəğbətlə qarşılanıb. Belə bir qərarın tək Xəzər rayonu üçün deyil, eyni zamanda ölkəmizin inkişafında yeni addım olacağı yığıncaq üzvləri tərəfindən təsdiqlənib, bu təklif haqda müvafiq dövlət orqanlarına müraciət edilməsi qərara alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.