Azərbaycanın peykindən bu ölkələr də istifadə edəcək

24-05-2017, 22:47           

Azərbaycanın "Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ""Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb.

BakiPost.az bu barədə şirkətə istinadən məlumat verir. Layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. "Azərkosmos” seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.