Neft 100 dollara qədər bahalaşa bilər – “Thomson Reuters”

25-05-2017, 09:00           
Neft 100 dollara qədər bahalaşa bilər – “Thomson Reuters”
“Thomson Reuters”in neft sahəsində tədqiqat layihələri və analitika üzrə bölməsinin qlobal rəhbəri Şakil Beqq bildirib ki, neftin 1 barreli 100 dollara qədər bahalaşa bilər.

Virtualaz.org “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, öz müsahibəsində Beqq bildirib: “Təkliflə tələb bərabərləşərsə, 1 barrelin qiyməti 100 dollara çata və hətta bu səviyyəni keçə bilər”.

Onun sözlərinə görə, eyni zamanda, bazar gözləntilərə uyğun hərəkət edir. Beləliklə, neftin qiymətinin artması üçün neft hasilatının və dünya ehtiyatlarının azalmasına inam olmalıdır.

“Təklifin tələb üzərində üstünlüyü sutkalıq 500 min barrel səviyyəsindən aşağı enərsə, qiymət 60 dolları keçəcək. Qiymətləndirməmizə əsasən, arada olan məsafənin bu cür azalması 2018-ci ildə baş tuta bilər”, – ekspert vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.