Qarabağ qazisi olan jurnalist prezidentə müraciət etdi: EV ÜÇÜN JURNALİSTLƏRDƏN İSTƏNİLƏNLƏRİN ÇOXU QANUNSUZDUR

20-06-2017, 10:37           
Qarabağ qazisi olan jurnalist prezidentə müraciət etdi: EV ÜÇÜN JURNALİSTLƏRDƏN İSTƏNİLƏNLƏRİN ÇOXU QANUNSUZDUR
Prezident İlham Əliyev cənablarına
1-ci vitse-prezident,xanım Mehriban Əliyevaya
Baş nazir Artur Rasizadəyə
MM-in sədri Oqtay Əsədova
Baş prokuor Zakir Qaralova
Ədliyyə naziri Fikrət Məmmədova
BŞİH başçısı Hacıbala Abutalıbova
Mətbuat Şurasının sədri ,millət vəkili Əflatun Amaşova
KİVDF sədri Vüqar Səfərliyə və b.
"2-ci jurnalistlər evi"nin bölgüsü üçün müəyyən edilən qaydalar əslində jurnalist adına məmurların ev alması üçündür.Keçən dəfəki bölgü də qanunsuz olmuşdu.İndi bu qanunsuzluğu qanunsuz qaydalarla hüquqi qüvvəyə mindirmək fikrindədirlər.Dövlət mətbuat xidmətləri hansı əsasla KİV,jurnalistika sayılır?Niyə vetran jurnalistlərin yaş həddi 65-dən sayılır?Axı,veteranlıq yaşla müəyyən olunmur!NK-nın qərarına görə 30 (qadınlar) və 40(kişilər) il stajı olanlar əmək veteranı sayılır.Niyə jurnalistlərə ayrı-yaş senzi tətbiq olunur?Bütün bunlar jurnalistləırin yox,məmurların mənzil alması üçün tətbiq edilən qanunsuz qaydalardır.Jurnalistin məhkəmə yolu ilə hüququnu təmin etməyinə də vaxt qalmır.Sizdən həmin qaydaların qanunsuz olması nədənindən qaydalardan çıxarılmasını və mənzil bölgüsünü nəzarətinizə götürməyinzi diləyirəm.
1-ci qrup Qarabağ əlili,müstəqil jurnalist Bədəlsoy Məğrur Ağamalı oğlu,tel.0518582151
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.