Abbasqıılu ağa Bakıxanovun doğum günüdür

21-06-2017, 07:10           
Abbasqıılu ağa Bakıxanovun doğum günüdür
Elə dahi şəxsiyyətlər, qüdrətli simalar var ki, onlar mənsub olduqları xalqın, millətin, məmləkətin tarixini yuxusuz gecələri, enişli-yoxuşlu ömür yolları ilə yazır.
Bu gün XIX əsr Azərbaycan mədəniyyəti və ictimai fıkrinin inkişafında müstəsana xidmətləri olan (Əmircan kəndində -Xilə ) Abbasqıılu ağa Bakıxanovun doğum günüdür
Doğrudur , Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy, İskəndər bəy Hacınski, Kərim ağa Fateh, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, Mirzə Kazım bəy kimi şəxslər də tarixçiliyimizin yaranmasında çox böyük rolu olmuş rüşeymlər olmuşlar Lakin bu faktdır ki , XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur.1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.Bəlkə də mən haqsızam və yəqin ki haqsız olaram ...Lakin bu bir həqiəqtdir ki ,bu müqavilələr də olmasaydı tarixin axarı bizi fars rejimi altında bu gün də 40 milyon soydaşımız kimi qalardıq ...Mən Paskeviçliyin əleyhinə olsam da reallıq budur ki ,rusiya İrana nisbətən daha demokratik .maarifçiAvropaya daxil ölkə idi ...
Əsərlərini "Qüdsi" təxəllüsü ilə yazan Bakıxanovun dini, fəlsəfi və əxlaqi baxışları "Riyaz ül-qüds", "Təhzib ül-əxlaq", "Kitabi-nəsayeh", "Eynül-mizan" əsərlərində, həmçinin "Mişkat ül-ənvar" poemasında şərh olunmuşdur. O, əsərlərində islam dininin əsas ehkamlarını müdafiə etmişdir.
Türkün ən qədim tarixini əfsanəvi Yafəsin böyük oğlu və vəliəhdi Türkün adı ilə bağlamaqla bəşər sivilizasiyasının beşiyi başında duran ən qədim xalqlardan olduğumuzu yazan A.A.Bakıxanov Bizans elçisinə cavab verən türk xaqanının dili ilə fəxrlə deyir: "Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz türkük, yalan və aldatmaq bilmərik!"
"Vay o adamın halına ki, ölü nəcabəti ilə fəxr edir."deyirdi və heç vaxt da kökü ilə öyünməzdi ..
Bakı xanlarının nəslindən olan Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığındakı Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur.”. Abbasqulu Aga Bakıxanovun babasının atası Mirzə Məhəmməd xan olub. Mirzə Məhəmməd xanın arvadı Xədicə isə Quba xanı Fətəli xanın doğmaca bacısı idi. O, Bakıda dəfn olunub – Bibiheybətdə torpağa basdırılıb. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi.Dördüncü babası Dərgahqulu xan Bakının məşhur pəhləvanlarından olub. Nazar bəy isə həm Bakının, həm də Şirvanın hakimi olub. Bakıxanovun iki qız övladı olub.
Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə görkəmli tarixçi, şair və maarifçi Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn edilmişdir.
Baba Allahnezerov
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.