Şairədən intihar edən gəlinin anasının iddialarına cavab: “Uşaqları pozğun ailəyə vermərik”

22-06-2017, 18:02           
Şairədən intihar edən gəlinin anasının iddialarına cavab: “Uşaqları pozğun ailəyə vermərik”
“Nə qədər ki, oğlum sağdır onun balalarını bizdən kimsə ala bilməz.”

Bunu AzNews.az-a şairə Simuzər Baxşıyeva yaxın qohumu Şərifova Olqa Alekseyevnanın qızı Susanna Şərifovanının intiharı ilə bağlı ittihamlarına münasibətində deyib. O, qeyd edib ki, gəlini Susanna intihar etməyib:

“Susanna balkonda şou göstərib. Bütün milləti başına yığdı, kameralara çəkilib. Faktlar, sübutlar var. Oğlum həmin vaxtı evdə olmayıb. Əli sürüşüb yıxılıb. Sən kimsən? Onun nə ixtiyarı var ki, mənim oğlumun övladına sahib çıxsın? Onların qəyyumluğu artıq mənə verilib. O, mənim evimdə şah kimi yaşayıb. İşgəncələrə məruz qalan qadın ikinci dəfə dünyaya uşaq gətirərdi? Mənim evimdə heç vaxt sıxıntı olmayıb. Onun beyni pozulmuşdu. Hansı qadın gəlnini balkondan atar? Sübut eləsinlər. Olqa rusdur, Allah tanımır.”

Simuzər Baxşıyeva hazırda oğlu Əbülfəz Baxşıyevin həbsdə olduğunu dedi: “Guya, oğlum ona işgəncə verib. Əbülfəzi tutublar, Kürdəxanı həbsxanasındadır. Hər gün nəvəm deyir ki, “nənə, bəs, mənim atam niyə gəlmir?” Mən ona nə deyim? Uşaq anasının balkondan düşdüyünü gözü ilə görüb. Deyir ki, “nənə anamın düşdüyünü gözümlə gördüm”. Gəlin,soruşun görək, uşaqlar onlarla yaşamaq istəyir? Oğlum uşaqlarını heç vaxt kiməsə verməz. Ələxsus da o pozğun ailəyə.”

May ayında Bakı şəhərinin Nəsimi rayonunda yaşadığı binadan özünü ataraq intihar edən Susana Şərifovanın anası hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib. Lent.az xəbər verir ki, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı əslində intihar etməyib, öldürülüb. O, nəvələri Nərgizin və Nəzrinin onun himayəsinə verilməsini də xahiş edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub və barəsində istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.