“Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir” – İlham Əliyev
10-07-2017, 09:44
“Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 9 İyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə “Facebook” sosial şəbəkəsində paylaşıb.
Prezident İlham Əliyev qeyd edib: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur”