Cəbhədə ordumuzdan düşmənə zərbə: Erməni kəşfiyyatçısı ələ keçirildi (Foto)

15-07-2018, 12:30           
Cəbhədə ordumuzdan düşmənə zərbə: Erməni kəşfiyyatçısı ələ keçirildi (Foto)
Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Minval.info Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.