İyulun 10-da Gəncə şəhərində baş verən cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib. Onların arasında axtarışda olan İbrahimov Samir Ramiz oğlu da var.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Bununla da Gəncə hadisələrinə görə həbs edilənlərin sayı 22 nəfərə çatıb.
Qeyd edək ki, daha 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.
Eyni zamanda, məlumata görə, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfərin barəsində axtarış elan edilib.