Keçmiş nazirə yeni vəzifə... VERİLƏ BİLƏR

19-07-2018, 17:04           
Keçmiş nazirə yeni vəzifə... VERİLƏ BİLƏR
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə yeni vəzifə verilə bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, kifayət qədər savadlı iqtisadçı hesab olunan Fərhad Əliyev hələ xeyli əvvəlindən öz xidmətlərini Azərbaycan hökumətinə təqdim edib.

Mənbənin dia.az-a söylədikləri: ""Yuxarılarda" Fərhad Əliyevə qarşı hər hansı aqressiya mövcud olmadığından onunla bağlı yaxın günlərdə qərarın verilməsi gözlənilir. Hansısa iqtisadi strukturların birində işləyəcək. Rəhbər vəzifəyə təyin olunmasa da, aparıcı mövqe təklif oluna bilər. Gözləniləni budur".

Xatırlada ki, yerli KİV-lər Fərhad Əliyevin ölkədə biznes şəbəkəsi qurması, zavod alması haqda da məlumatlar yayıblar.

Bununla bağlı Fərhad Əliyev və yaxınları tərəfindən isə hansısa təkzib xarakterli reaksiyaya rast gəlinməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.