SƏLİM MÜSLÜMOVUN ADAMI HARDADIR?

20-04-2015, 16:43           
SƏLİM MÜSLÜMOVUN ADAMI HARDADIR?
Camaatın işi tökülüb qalıb, DƏMX-in rəis müavini isə xaricdə istirahət edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, xidmətin rəhbərliyində təmsil olunan bəzi şəxslərin işlərinə qeyri-peşəkar münasibət bəsləməsi bir sıra ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Məsələn, rəis müavini Anar Eldəniz oğlu Quliyev vəzifə səlahiyyətlərinə aid olan işləri bir kənara ataraq hazırda xaricdə istirahət edir. Onun qəbuluna düşmək istəyən vətəndaşlar isə rəis müavininin istirahətdən nə vaxt qayıdacağını gözləmək məcburiyyətində qalıb. Yəni camaatın işi tökülüb qalıb, adıçəkilən məmur isə xaricdə dincəlir. Biz də yaxşı başa düşürük ki, hər kəsin istirahət etmək haqqı var. Amma ilin-günün bu vaxtında nə istirahət? Rəis müavininin işlərin gur vaxtı xaricə getməsi heç cür başadüşülən deyil. Hər halda, xidmət rəisi Fuad Əlizadə bu kimi hallara diqqət yetirməli və müavinlərindən konkret iş tələb etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.