Çinin Quizhou əyalətində yeni dünya rekordu vuracaq körpünün tikintisi başa çatmaq üzrədir.
Demokrat.az xəbər verir ki, Beipan çayını əhatə edən Huajiang Grand Canyon Körpüsü su səthindən 625 metr hündürlüyə çatacaq və 2025-ci ilin ikinci yarısında nəqliyyat üçün açılacaq.
Guizhou artıq dünyanın 100 ən hündür körpüsünün yarısından çoxuna ev sahibliyi edir.
Tikinti 2022-ci ilin yanvarında başlayıb və hazırda 95%-i tamamlanıb. Guizhou Highway Group-un baş mühəndisi Zhang Shenglin-in sözlərinə görə, körpü Çinin infrastrukturunun gücünü nümayiş etdirən daha bir əlamətdar layihə olacaq.
Nəqliyyat funksiyasından əlavə, körpü yeni turistik məkana çevrilməyi vəd edir. Qüllələrdən birində panoramik mənzərəli şüşə lift, ulduzları seyr etmək üçün bar və kafe olacaq.