"Onun bəzilərindən fərqli olaraq səsi var, oxuduğu janr öz seçimidir"

Bu gün, 11:29           
"Onun bəzilərindən fərqli olaraq səsi var, oxuduğu janr öz seçimidir"
“Mən sənətimi sevirəm, musiqi nəfəsimdir. Məni üzən incəsənətimizdəki ədalətsizlikdir. Daha dəqiq desək sənətimizin bu günə qalması, “oxuyanlar”-ın istedadsızlığıdır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib. O daha sonra son günlər məşhur olan müğənni Kəmalə Günəşli haqda suala belə cavab verib:

“Kəmalə Günəşlini tanımırdım. Amma bu günlərdə hansısa verilişdə gördüm ki, muğam oxuyur. Zəngulələri yaxşı idi. O qız istəsə yaxşı mahnılar oxuya bilər. Amma bizim indi elə məşhur müğənnilərimiz var ki, Kəmalə qədər oxuya bilmirlər. Amma ondan çox məşhurdurlar. Bir də o qıza niyə görə hörmətim var? Hər nə edirsə baxıram ki, özü edir. Kimsə ona pul buraxmır, onun üçün nəsə etmir. O da düşünür ki, elə mahnı oxumalıyam ki, bütün günü toylarda olum. Başlayır pul qazanmaq üçün etməyə. Çoxu elədir də. Hətta onu mən dəstəkləyirəm ki, hər nə edirsə özü edir. Əziyyət çəkir, özünə xərcləyir. Kiminsə hesabına evin-eşiyin, pulun, var-dövlətin olsun.. Bu ayrı şeydir. Onun bəzilərindən fərqli olaraq səsi var, oxuduğu janr öz seçimidir. Çox xahiş edirəm məni heç bir qalmaqala qatmayın. Qatsanız da onsuz da qata bilməyəcəksiniz” deyə müğənni bildirib.

Müğənni Zeynəb Xanlarova ilə görüşmək arzusunu da dilə gətirib:

“Zeynəb xanımla bir dəfə görüşmüşəm. Onun qarşısında mahnılarından popuri oxumuşam. Onun istəyi ilə.. O da sevərək alqışlayıb. Çıxışımdan sonra mənə dedi ki, bu qızımı çox istəyirəm də. Mən də əlindən öpüb şəkil çəkdirdim. Mənim üçün çox böyük fəxrdir ki, o da məni sevir, dəstəkləyir. Onunla əlbəttə ki, yenidən görüşmək istərəm. Sadəcə necə ki, uzaqdan əlçatmaz kimi sevmişəm, yenə də mənim üçün əlçatmazdır. Görüşmək istərdim, zəng də edərdim, amma heç vaxt kimsəni narahat etmək fikrində olmamışam. Sevgim elə içimdədir. Zeynəb xanımı görsəm də, görməsəm də ona sevgim dəyişilməzdir” deyə müğənni bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.