Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

Bu gün, 11:22           
Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT
Bir qədər əvəəl UNEC nəzdində Sosial- İqtisadi kollecdə yanğın olduğunu və rəhbərliyin bəzi korrupsiya əməllərini ifşa edə biləcək sənədlərin yandırıldığı barədə kollecin müəllimi Qələndər Muxtarlının bəyanatını vermişdik. Bizə verilən məlumata görə kollecə gələn yoxlama yanğın olmadığı qərarına gəliblər. Lakin onların bu qərarı ilə razılaşmayan Qələndər Muxtarlı yanğının oluğunu sübut edən fotoları sosial şəbəkədə paylaşaraq yazıe:
Buyurun, buda yanan sənədlərin yanıq qalıqları. Bəs sosial şəbəkədə mənim kollecdə mühüm sənədlərin yanmasına dair yazımdan sonra deyirdiniz ki, heç bir yanğşn olmayıb? Bu məsələlərin araşıdırmasına məsul olub UNEC nəzdində Sosial- İqtisadi kollecə səyyari gəlib-gedişlər edən, gücü ancaq həqiqəti söyləyib qanunsuz əməllərin qarşısını almaqda fədakarlıq göstərən müəllim və əməkdaşları qorxutmaq olan, Qələndər Muxtarlı güya “qərəzindən” belə edir deyənlər, baş verən konkret korrupsiya əməllərini, qanunsuzluqları, bax elə bu yanğının hansı səbəbdən baş verdiyini araşdırmalı olan “səlahiyyətlilər ” buyurun. Bu yanıq vərəqələrində görünən qruplarda mən dərs demişəm. İndi nə deyəcəksiniz?
Amma mənim bir sualım yaranıb.
-Dünyanın ən antidemokratik ölkələrində belə təhsil sistemi qruplaşmalardan, mafiya qaydalarından uzaq tutulub. Cünki millətin gələcəyi olan təhsilə əl uzatmaya vicdanları yol verməyib. Amma bu mübarək vətəndə ortaya hər şeyi açıb qoyuruq, bu əməlləri törədən, kollecin büdcəsini talayan qalıb kənarda, fədakarlıq edənlərin üzərinə gəlirsiniz. Heç olmasan Azərbaycan təhsilinin dünyada üzünü ağ edən Azərbaycan Dövlət İqtisad Universitetinin illərlə çəkdiyi zəhməti nəzərə alın.
Azərbaycanın təhsil ekspertləri, sizləri şok edəcək bir müraciətimi gözləyin.!
Təhsilə, millətin gələcəyinə məsuliyyət daşıyan bəzi qrumlar öz konsitutsion mahiyyətini itiribdir bunu da biləsiniz. Dövlət inşallah öz sözünü deyəcək...
Qələndər Muxtarlı

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.