Məşhurların "qızıl" nömrəli bahalı avtomobilləri cərimə meydançasına aparıldı... - FOTO
Bu gün, 10:46
Aprelin 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsinin əməkdaşları Kotayk vilayətində xüsusi əməliyyatlar keçirib, nəticədə bir neçə avtomobil Kotayk vilayət kriminal idarəsi tərəfindən mühafizə olunan xüsusi əraziyə aparılıb.
Moderator.az xəbər verir ki , Shamshyan.com-un yaydığı məlumata görə, xalq arasında "yaşiklər" kimi tanınan "Mercedes G", "BMW X6", "Toyota Camry", "Hyundai Sonata" markalı və xüsusi seçilən "qızıl" nömrəli avtomobillər cərimə meydançasına aparılıb. Maşınların hamısı müstəntiq tərəfindən möhürlənib.
Mənbənin sözlərinə görə, adıçəkilən avtomobillər Kotayk bölgəsində bir neçə tanınmış şəxsə məxsusdur və son günlər rayonda baş vermiş bir neçə səs-küylü cinayətə bağlıdır.
İstintaqın maraqları baxımından bəzi təfərrüatlar dərc edilməyıb...