“Azəriqaz” İstehsalat Birliyinin Qəbələ rayonu Qaz İdarəsinin işçiləri - Alcanov Xəqani Nizami oğlu, Umarov Nurlan Tərlan oğlu, Tahirov Tahir Gülalı oğlu, Hacıyev Rüstəm Səxavət oğlu, Əfəndiyev Anar Elxan oğlu, Məsimov Nazim Əliağa oğlu və Əsədov Elşad Firudin oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər qurumun rəhbərliyindən narazılıq edirlər:
“Hörmətli redaksiya!
Yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.
Bildirək ki, 2016-cı ildən Məşğulluq Ağentliyi tərəfindən “Azəriqaz” İstehsalat Birliyində iş ilə təmin olunmuşuq. İşə daxil olan zaman 45 nəfər idik. Həmin 45 nəfəri səbəbsiz yerə, "müqavilə bitib" deyə işdən azad etdilər.
Mən, Alcanov Xəqani Nizami oğlu 9 ildir orada işləyirdim. İndi dərdimizi kimə, hansı quruma desək də, bizi anlayan yoxdur. Hər birimizin ailəsi, uşağı var. Başqa gəlir yerimiz yoxdur.
Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirik kli, bu haqsızlığa son qoyulması üçün bizə kömək etsinlər".
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.