"Baksol" yolunu niyə qazıblar?

19-04-2025, 15:58           
"Baksol" yolunu niyə qazıblar?
Paytaxtın "Baksol yolu" adlanan ərazisində uzun müddətdir aparılan qazıntı işlərindən sonra həmin sahələrdə nə təmir, nə də bərpa prosesi həyata keçirilir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, bu vəziyyət həm ərazidə fəaliyyət göstərən sahibkarların, həm də sürücülərin ciddi narazılığına səbəb olub.

Sahibkarların sözlərinə görə, işçilər müəyyən aralıqlarla əraziyə gələrək, iş görürmüş kimi davranır, lakin az sonra oranı tərk edirlər.

Qazıntılardan sonra yaranmış iri çuxurlar yağıntılı hava şəraitində su ilə dolaraq yol örtüyünü sıradan çıxarır və asfaltın dağılmasına səbəb olur. Yoldan istifadə edən sürücülər bildirirlər ki, qazılmış və uzun müddət bərpa olunmayan yol avtomobillərin hərəkətinə ciddi çətinlik yaradır.

Bundan başqa, qazıntıların birbaşa mağaza və obyektlərin qarşısında aparılması və yolun bu vəziyyətdə saxlanılması müştərilərin obyektlərə yaxınlaşmasına mane olur. Sahibkarlar satışlarının kəskin şəkildə azaldığını, bu səbəbdən ciddi zərər gördüklərini deyirlər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru