Rusiyada universitet binası uçub- 21 tələbənin dağıntılar altında qaldığı ehtimal olunur

16-02-2019, 20:49           
Rusiyada universitet binası uçub- 21 tələbənin dağıntılar altında qaldığı ehtimal olunur
Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

“Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub”, – deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə dağıntının sahəsi təqribən 150 kvadrat metrdir. Bindan 81 tələbə təxliyə edilsə də, 21 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

FHN dağıntının təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyini hesab edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru