Yaşı 300 milyon il olan ürək formalı almaz tapılıb

17-02-2019, 21:17           
Yaşı 300 milyon il olan ürək formalı almaz tapılıb
Şirkətin idarə heyətinin üzvü Yevgeni Aqureyevin fikrincə, bu formada almazlara nadir halda rast gəlinir.

Yakutiyada Sevgililər Günü ərəfəsində 300 milyon yaşı olan ürək formasında almaz tapıldığı açıqlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yanvarın 23-də Yakutiyada 65,7 karat çəkisi olan almaz tapılıb.

Yakutiyada sevənlər günü tapılan ürək formasında almaz
"Alrosa" şirkətinin veb saytında qeyd edilir ki, dəyərli daş yüksək keyfiyyət xüsusiyyətlərinə malikdir. Mütəxəssislərin fikrincə, almazın yaşı üç yüz milyon ildən də çoxdur.

Şirkətin idarə heyətinin üzvü Yevgeni Aqureyevin fikrincə, bu formada almazlara nadir halda rast gəlinir.

Onun sözlərinə görə, almazların əksəriyyəti oktaedr formasında və ya xüsusi formasız olur: "Ekspertlər bu qiymətli və gözəl tapıntını hərtərəfli araşdırmalı və qiymətləndirməlidirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru