İndoneziyada 5,6 bal gücündə zəlzələ qeydə alınıb 17-12-2019, 04:59 İndoneziya sahillərində, Sumatra adası yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.Zəlzələnin episentri Sunqaypenux şəhərindən 116 kilometr cənub-qərbdə yerləşib. Ocağı isə 30 kilometr dərinlikdə qeydə alınıb.Dağıntılar və tələfat barədə məlumat verilməyib. Facebook-da paylaş