Üzeyir Cəfərovdan Əlikram Hümbətova cavab

26-04-2015, 15:37           

Əlikram Hümbətovun "çörək pulu" qazanmaq yolunda verdiyi sərsəm bəyanata hörmətli hərbi jurnalist Üzeyir Cəfərov cavab verdi.
teref.az olaraq Üzeyir bəyin Facebook səhifəsində olan bu cavabı sizə təqdim edirik!

Özünü qondarma Talış Muğan Respublikasının lideri adlandıran Əlikram Hümbətov erməni mediasına "soyqırım"la bağlı müraciət göndərib. Müraciətdə o, talış xalqının ermənilərin yanında olduğunu bildirib. FaktXəbər-in məlumatına örə, bununla əlaqədar olaraq ehtiyatda olan hərbçi Üzeyir Cəfərov talışlar adından Azərbaycan mediasına müraciət edib. Müraciətdə deyilir:

Bu gün mətbuatda Əlikram Hümbətov adlı yaşlı bir adamın yaramaz erməni xalqına qondarma soyqırımla bağlı "müraciət"ini oxudum və çox sarsıldım. Bilirəm ki, gün ərzində, yaxın vaxtlarda bu mövzudan gen-bol istifadə edib mənim üçün doğma və əziz olan Azərbaycanımıza, onun ayrılmaz hissəsi olan Talış xalqına qarşı istifadə edənlər tapılacaq. Bəri başdan deyirəm ki, bu sərsəm və normal insan məntiqinə sığmayan "müraciət"i inanmıram ki kimsə dəstəkləsin. Bu mümkün deyil. Bu absurdluqdur. Bu vicdan və insanlıq hissini itirmək deməkdir. Ona görə də, artıq dərəcədə xahiş edirəm ki, nə mətbuatda, nə də sosial şəbəkələrdə bu mövzuda fikrlərinizi yazarkən Talış xalqına qarşı təhqirlərə, sayğısızlıqlara yol verməyəsiniz. Bu açıq erməni təxribatıdır. Buna əsla uymaq olmaz. İnanmaq istərdim ki, başda Lənkəran-Astara zonasının tanınmış ziyalıları, elm və mədəniyyət adamları, din xadimləri bu absurdluğa öz qəti etirazını və nifrətini bildirəcəklər. Onu da başa düşürəm ki, bir qrup avantürist şəxslər ötən illərdə mənim Əlikram Hümbətovun Ermənistana səfəri zamanı mətbuatda, sosial şəbəkələrdə yazılı etirazlarıma görə mənə təhqir və həqarət dolu sözlər də unvanlamışdılar. Yenə də ola bilsin ki, kimsə Əlikram Hümbətov adlı bir şəxsin bu ağlasığmaz hərəkətinə görə onu müdafiə etməyə çalışsın. Amma, onlar unutmamalıdırlar ki, bu "müraciət"in Talış xalqına, onun Vətəninə bağlı, Azərbaycanın müstəqil və demokratik bir dövlət olaraq möhkəmlənməsinə, inkişafına töhfə verən zəhmətkeş, saf insanlarına heç bir aidiyyatı yoxdur və ola da bilməz. Ona görə də, bu cür "müraciət"lər yəqin ki, elə adi bir qoca və heç bir dərin düşüncəsi, dünyagörüşü olmayan adam üçün erməni dostlarının bicliklə, xəyanətkar məqsədlər güdən məkrli niyyətlər üçün hazırladıqları mətn kimi qəbul edilməli və buna yalnız lənət bildirməklə reaksiya vermək lazımdır.

Əlikram Hümbətov ağlında olan şəxslərə isə Allahdan şəfa diləyirəm.

Tanrı Azərbaycanımızı qorusun. Tanrı ölkəmizdə yaşayan bütün Vətənə bağlı xalqları hifz eləsin!! Amin!!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.