“İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev həbsdən azad edildi

21-03-2020, 09:42           
“İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev həbsdən azad edildi
2009-cu ildə həbs edilərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilən “İdeal” qəzetinin baş redaktoru, tanınmış jurnalist Nazim Quliyev bugünlərdə cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəsissəsindən məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Nazim Quliyevin yaxınları və Penitensiar Xidmətdəki mənbələr Azinforum.az-a onun azadlığa çıxdığına dair xəbərin doğruluğunu təsdiqləyiblər. Qeyd edək ki, jurnalistə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunmuşdu. O isə heç bir ittihamı qəbul etmirdi, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu iddia edirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.