Almaniyada futbol matçında iğtişaş olub, 155 polis xəsarət alıb

6-05-2024, 11:34           
Almaniyada futbol matçında iğtişaş olub, 155 polis xəsarət alıb
Futbol üzrə Almaniyanın Regionla Liqasında Berlin təmsilçisi “Dinamo” ilə Kottbusun “Energie” komandaları arasında keçirilə görüşdə iğtişaş baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RBB məlumat yayıb.

Hadisə zamanı 74 nəfər saxlanılıb.

Qeyd olunub ki, iğtişaşda 155 polis xəsarət alıb.

Onlardan əksəriyyəti iğtişaşçılara qarşı istifadə edilən gözyaşardıcı qazdan zəhərlənib.

İğtişaşlara səbəb hər iki komandanın azarkeşlərinin aqressiv davranışı olub.

Onlar oyun zamanı butulka atıblar.

Matçda təxminən 20 dəqiqə yubanma olub.

Oyun “Energie”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru