AFFA “Qəbələ” ilə bağlı yekun qərarı verdi: Qalır, yoxsa…

6-05-2024, 10:53           
AFFA “Qəbələ” ilə bağlı yekun qərarı verdi: Qalır, yoxsa…
Azərbaycan Premyer Liqasının 32-ci turunda “Kəpəz”ə məğlub olmaqla (0:1) sonuncu yeri tutacağı dəqiqləşən “Qəbələ” ilə bağlı AFFA-dan böyük gözləntilər vardı. Federasiyanın ölkə futbolunda önəmli yeri, infrastrukturu və nəticələri olan kluba güzəşt edəcəyi, komandanı yeni mövsümdə də elitada saxlayacağı ilə bağlı iddialar səslənirdi.

Aut.az-ın əldə etdiyi məlumata görə, ölkənin bir nömrəli futbol qurumu 19 ildir fəaliyyətdə olan bölgə təmsilçisi ilə bağlı qərar verib. AFFA “Qəbələ”yə güzəşt etmək, çempionatın reqlamentin pozmaq fikrində deyil. “Qırmızı-qaralar” yeni mövsüm 18 il əvvəl gəldiyi liqada mübarizə aparmalı olacaq.

AFFA daxilində alternativ olaraq “Qəbələ”yə maddi-mənəvi dəstək olmaq, klubu və sahib olduğu infrastrukturu qorumaq təklif edilir. Yaxın keçmişdə Premyer Liqanı tərk etdikdən sonra fəaliyyətini dayandıran klublarla eyni aqibəti yaşamaması üçün federasiyanın bu yöndə müəyyən addımlar atacağı bildirilir.

Ola bilsin ki, infrastrukturu və akademiyanı qorumaq üçün “Qəbələ”yə ayrılan maliyyə azaldılmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.