Səudiyyə Ərəbistanı Asiya ölkələrinə neft satışı qiymətini artırıb

6-05-2024, 10:08           
Səudiyyə Ərəbistanı Asiya ölkələrinə neft satışı qiymətini artırıb
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” iyun ayı üçün neftinin Asiya ölkələrinə satış qiymətlərini artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, Asiyalı alıcılar üçün “Arab Light” markalı neftin bir barelinin qiyməti 0,9 dollar bahalaşıb. Beləliklə, qiymət Oman/Dubay regional etalonlarından 2,9 dollar yüksək olub.

Bununla da şirkət üçüncü aydır ki, Asiya bazarı üçün öz neftinin qiymətlərini artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru