Qərbi Azərbaycanın Salmas vilayətində zəlzələ baş verib
22-06-2020, 14:29
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, iyunun 22-də səhər saat 05:36 radələrində baş verən zəlzələ, Salmas şəhərinin yaxınlığında qeydə alınıb.
Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində olub.
Zəlzələnin hər hansı bir dağıntıya səbəb olub-olmaması barədə məlumat yayılmayıb.