GƏNCLİYİ SOLDURAN AKADEMİK YARAMAZLIQLAR
21-05-2024, 08:18
Adam AAK-ın attestat verdiyi professordur, universitet rektoru ilə canbir qəlbdir, vəzifəsi də var. Əzazil rektorla əlbir olub qanuna qan uddurur, haqqa, hüquqa və insanlığa meydan oxuyur. Onlar birləşib saf balalarımızı istismar edir, murdar ruhlarına qurban edirlər.
Ümumiyyətlə, gənclər o qədər pozitiv ruhda, hüsnü-zəndə olurlar ki, müəllim, professor, akademik cildinə girmiş ziyanvericilərin onların təmiz ruhlarına müdaxilə etməsinin qarşısını ala bilmirlər və hiss etmədən qönçə ikən solurlar, bədbəxtləşirlər, depressiyaya düşürlər, fəqət səbəbini anlamırlar. Anlamırlar ki, elm və təhsil ocaqlarında köksümüzə çökmüş bu nanəcib, vicdansız və pisniyyət varlıqlar bizi yeniyetmə, gənc ikən məhv edirlər, çünki gənclik universitetə, akademiyaya və orada işləyən (alverə qurşanan) elmi dərəcəli, titullulara öz saf dünyalarından baxırlar və onlara vurulan məhvedici zərbələrin ağrı-acısını hiss etmirlər (adamın ürəyi parçalanır), sevgi bir növ ağrıkəsici həb rolunda çıxış edir, hər şeyin, ağrıların da fövqünə yüksəlir. Həmin vaxt bir küçə uşağını müəllim qismində təqdim etsən, ona büt kimi sevgi ilə baxacaqlar. Akademik qəddarlığın, amansızlığın vurduğu ziyan və zədələri gənclik sonra hissə edəcək və ömür boyiu bu şikəstlikdən qurtara bilməyəcəkdir.
Deyəcəksiniz, günah özlərindədir, qorxmasınlıar, haqlarını tələb etsinlər. Bəyəm, asandır haqq tələb etmək?! Mən, İdris Abbasov illər uzunu haqq tələb edirəm, nəticə varmı? Üstəlik, hələ guya cəmiyyətdə az-çox tanınıram. Bəs o biçarə təcrübəsiz, dərs deyib aldıqları maaşla ailəyə yardım edən ana-bacılarımız nə etsinlər?! Öndə gedən kişi binamus, qəlbsiz, vicdansız və əclafdırsa, biçarə qadınlar, qızlar, lap belə bədbəxtləşdirilmiş kişilər nə etsinlər?! Əlbəttə, sonadək susub qalmamlı, özlərini itirməməli, o alçaqların təısirinə düşüb əlacsız şəkildə qanunsuz işlərə boyun olmamalı, dövlətə, qanuna söykənib pisliklərə qarşı mübarizə apamalıdırlar. Mübarizə edənlərin sayı çox olarsa, dövlət qalib gələr, ağzıqanlı şəbəkə təslim olar...
Bəli, rektorla əlbir olan həmin professor qızlarımızı, gəlinlərimizi bir sənəddən ötrü dizin-dizin süründürür, təhqir edir, masqaraya qoyur. Bu zaman kollektivə zülm edən o alçağın nə haqq yadına düşür, nə hüquq, nə də insanlıq. Kim nə deyə bilər? Hamı vahimə içindədir. Dalını rektora dayayıb, rektor da ki, masasının üstünə, divara rəhbərin portretini qoyub əla manipulyasiya edir, azğınlığını yuxarılarla əlaqələndirir. Kollektivi inandırır ki, o, hər bir tapşırığı lap yuxarıdan alır. Guya bütün maxinasiyaları da yuxarının tapşırığı ilə edirlər. Kim qarşı çıxarsa, şərlənəcək və s. Buna inananların ümidi üzülür, naçar qanunsuz əməllərə şərik olmağa başlayırlar. Elə ediblər ki, rektorun, ya onun "canişinləri"nin qanunsuz əməllərinə qarşı çıxmaq sanki dövlətə qarşçı çıxmağa bərabər tutulur. Deməli, təslim olmalı və bütün zülmlərə, qanunsuzluqlara dözməlisən ki, Azərbaycan vətəndaşı statusunda qala biləsən. Çox qəbih mənzərədir, deyilmi?!
Bütün qanunsuz işlərdə rektorla əlbir olan həmin qangir professorun günlərin bir günündə canbir qəlbdə olduğu rektorla sözü çəp gəlir və pul professorunun haqqı görən gözü "açılır". Xeyir ola, ay əclaf çaqqal, əlbir olub Vətən övladlarının haqqını yeyəndə, get-gələ saləb girinc edəndə, gənc məsumları ömürlük şikəst qoyanda, səalhiyyət sahibi olub ciblərini dolduranda niyə cınqırını çıxarmırdın?! İşdən atılandan sonra haqqa gəldin, ay simasız?! Tfu, sənin alçaq sifətinə, yaramaz!
Idris Abbasov
TEREF