Polşada Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib

21-05-2024, 09:36           
Polşada Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib
Polşada Rusiyanın sifarişi ilə təxribat və diversiya törətməkdə şübhəli bilinən 9 nəfər həbs edilib.

APA xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk “TVN24” telekanalının efirində bildirib.

Baş nazir qeyd edib ki, söhbət boya fabrikinin yandırılması cəhdindən, Litvada təxribatdan və “IKEA” anbarının yandırılmasından gedir.

“Hazırda biz Rusiya xüsusi xidmətlərinin tələbi ilə Polşada təxribatda birbaşa iştirakda ittiham olunan doqquz şübhəlini həbs etmişik. Bu, döyülmə, yandırma və yandırmağa cəhdə halları ilə bağlıdır”, - Tusk vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru