Nazir Məhəmmədi cəzalandırmağı tələb edir - Fransada LGBT qalmaqalı

21-05-2024, 10:18           
Nazir Məhəmmədi cəzalandırmağı tələb edir - Fransada LGBT qalmaqalı
Fransanın idman naziri Amelie Oudea-Kastera “Monako”nun futbolçusu Məhəmməd Kamaranı homofobiya ilə mübarizə aksiyasında iştirak etmək istəmədiyinə görə cəzalandırmağa çağırıb.

Publika.az xəbər verir ki, yarımmüdafiəçi Liqa 1-in 34-cü turunun “Nant”la oyununda (4:0) formasının üzərinə olan homofobiya ilə mübarizəyə dəstək üçün loqonun üstünü örtüb.

“Mən bu davranışı qəbuledilməz hesab edirəm. Və hesab edirəm ki, həm futbolçuya, həm də ona bunu etməyə imkan verən kluba qarşı ən sərt sanksiyalar tətbiq olunmalıdır”, – “RMC Sport” internet nəşri idman nazirinin sözlərindən sitat gətirib.

Xatırladaq ki, “Monako” 2023/2024 mövsümünü Fransa çempionatının turnir cədvəlində ikinci yerdə başa vurub. “Monako” gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru