Rüfət Səfərova rüşvət verdiyini iddia edən şəxslərin kimliyi bəlli olub

18-01-2016, 21:47           

İddiaya görə, keçmiş müstəntiq birindən 1000, digərindən 700 manat rüşvət alıb

Ötən həftə həbs edilən Zərdabın sabiq müstəntiqi Rüfət Səfərov barəsində açılan cinayət işi üzrə istintaq davam edir. Yaxınlarının məlumatına görə, onu rüşvət almaqda suçlayan şəxslərin kimliyi bəlli olub.

Həmin şəxslər Zərdab rayonundakı İşıq İdarəsinin rəis müavini Ələmdar Abbasov və Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdur. Onların iddia etdiyinə görə, 2 il əvvəl Rüfət Səfərov onların birindən 1000, digərindən 700 manat rüşvət alıb.

Keçmiş müstəntiq Meydan TV-yə verdiyi müsahibəsində məhz rüşvət almaq istəmədiyi, imkansız insanlara zülm ediliydiyi üçün istefa verdiyini açıqlamışdı.

Eyni zamanda Rüfət Səfərovun atası, Yeni Azərbaycan Partiyasınln qurucularından olan Eldar Sabiroğlu açıqlamasında bildirib ki, ölkədə milyonlarla pulu, xalqın qanını sovuranlar varkən onun oğluna 1700 manat rüşvət iddiası ilə cinayət işi açılması və anında həbs olunması absurddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.