Xarici ticarət gəlirləri 10 milyard dollar azalıb
22-01-2016, 14:26
2015-ci ildə Azərbaycanın xarici ticarətində müsbət saldo 10 milyard dollardan çox azalıb. teref.az yazır ki,Fins.az-ın məlumatına görə, bu barədə Dvlət Gömrük Komitəsinin açıqladığı hesabatda bildirilir. Hesabata əsasən, 2015-ci ildə Azərbayanın xarici ticarət dövriyyəsi 20 milyard 645 milyon 880.20 min ABŞ dolları təşkil edib. Başqa sözlə, 2014-ci illə müqayisədə xarici ticarət əməliyyatlarını həcmi 33,44 % azalıb. Xatırladaq ki, 2014-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 31 milyard 16 milyon 305.75 min ABŞ dolları olub. 2015-ci ildə xaricdən ölkəyə idxal 9 milyard 221 milyon 402.86 min ABŞ dolları təşkil edib (2014-cü ilə nisbətən 0.36 % artmışdır). Ölkədən ixrac isə kəkin azalaraq 11 milyard 424 milyon 477.34 min ABŞ dolları təşkil edib. Xatırladaq ki, 2014-cü ildə ölkədən ixrac 21 milyard 828 milyon 608.88 min ABŞ dolları təşkil edib. Başqa sözlə, 2014-cü illə müqayisədə (2014-cü ilə nisbətən 47.66 % azalmışdır) olub.
2015-ci ildə Azərbaycanın ticarət əməliyyatları üzrə müsbət saldo 2 milyard 203 milyon 74.48 min dollar təşkil edib. 2014-cü ildə isə bu göstərici 12 641 milyon maat təşkil etmişdi. Başqa sözlə, xarici ticarət əməliyyatları üzrə müsbət saldo 10 milyard 438 milyon manat azalıb.
Qeyd edək ki, ticarət əməliyyatlarının həcminin azalmasının əsas səbəbi neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. 2015-ci ildə Azərbaycana xam neft satışından daxilolmalar 52% azalaraq 8 milyard 866 milyon 158.60 min ABŞ dolları təşkil edib. Azərbaycana 2014-cü ildə xam neft satışından 18 milyard 404 milyon 936.62 milyon dollar daxil olmuşdu.