"İran-Ermənistan kəməri yetəri qədər qaz ixracına imkan verir" - İrəvan qaz işinə də burun soxur

22-01-2016, 15:41           
"İran-Ermənistan kəməri yetəri qədər qaz ixracına imkan verir" - İrəvan qaz işinə də burun soxur
“Əgər İran və Gürcüstan arasında qaz danışıqları başlasa, Ermənistan bu müzakirələrə qoşulacaq”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistanın Energetika naziri Yervand Zaxaryan deyib.

"Erməni tərəfi danışıqları izləyir. Hərçənd Ermənistanın ərazisindən keçən qaz kəməri Rusiyanın "Qazprom" şirkətinə məxsusdur. Amma qaz nəqli ilə bağlı nə İran, nə də ki, Gürcüstan tərəfi hələ ki, qəti qərar qəbul etməyib. Lazımi anda biz müzakirələrə qoşulacağıq”, - nazir bildirib.

Onun sözlərinə görə, İran-Ermənistan kəməri yetəri qədər qaz ixracına imkan verir.

"Hazırki kəmərlə ildə təxminən 2 milyard kubmert qaz nəql edilir. “Bu qazın 365-370 milyon kubmetri İrəvanda yerləşən elektirik stansiyası üçün nəzərdə tutulur. Həmçinin Ermənistanda 234 KVT –luq iki yeni istilik elektrik stansiyasının tikintisi davam edir. Əgər İran tərəfi ilə bu stansiyalara qaz ixracı barədə razılıq əldə olunsa, kəmərlə “mavi yanacağ”ın həcmi 750-800 milyon kubmetrə qədər artacaq”.

Gürcüstanla İran arasında qaz danışıqları barədə yanvarın əvvəlində İran “National Iranian GasExports Company” – şirkətinin (NIGEC) icraçı direktoru Əli Rza Kamel məlumat vermişdi.

Amma həmin vaxt heç bir nəticə əldə olunmamışdı. Bir müddət əvvəl isə İran – Emənistan – Gürcüstan qaz boru xəttinin çəkilməsi gündəmə gəlmişdi. Bu xətt vasitəsi ilə İran qazı hətta Avropaya ötürülə bilərdi. SOCAR rəhbərliyi Gürcüstana səfər etdikdən sonra rəsmi Tiflisin Rusiyadan əlavə qaz alacağı dəqiqləşdi. Nəticədə isə qaz kəmərinin çəkilişi arxa plana keçdi. Kəmərin çəkilişinə isə 2.2 milyard dollar maliyyə vəsaiti lazımdır. Ermənistanın isə bu kəməri təkbaşına maliyyələşdirməsi üçün pulu yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.