Sabiq deputat ölkədən qaçıb

27-01-2016, 10:36           

Odlar Yurdu Universitetinin təsisçisi və rektoru, Milli Məclisin üzvü Əhməd Vəliyev ölkədən qaçıb. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Əhməd Vəliyevin ölkədən qaşması "MTN işi" ilə bağlıdır.

Bildirilir ki, Əhməd Vəliyevin keçmiş MTN şefi Eldar Mahmudovla dostluq münasibətləri olub. İddia olunur ki, Əhməd Vəliyev bu münasibətlərə görə hədəfə gələcəyindən ehtiyat edir. Məlumata görə, rektor universiteti oğlu Samir Vəliyevə tapşırıb.

Mənbə bildirir ki, Ə.Vəliyev bir müddət sonra - MTN işi ilə bağlı məsələ səngiyəndən sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, "Oksigen" klinikası və "Muğanbank" ASC-nin də sabiq deputatın nəzarətində olması ilə bağlı məlumatlar var.istiqlal.az/
teref.az olaraq Əhməd müəllimə zəng etsəkdə telefon zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.