Bakıda 32 yaşlı qadın onu zorlamaq istəyən qohumunun boğazını kəsdi

28-01-2016, 09:11           
Bakıda 32 yaşlı qadın onu zorlamaq istəyən qohumunun boğazını kəsdi
Bu gecə Bakıda qanlı cinayət törədilib. Musavat.com-un məlumatına görə, paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində Fətəliyev Hökməli Ağəli oğlu naməlum şəraitdə boğaz nahiyyəsindən bıçaq xəsarəti alıb.

Yaralı yoldan keçən şəxslər tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Boğazı kəsilən Hökməli Fətəliyev dərhal əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.

Xətai Rayon Polis İdaərsindən verilən məlumata görə, Hökməli Fətəliyev tüfeyli həyat sürüb və yaşayış yeri yoxdur. İlkin məlumata görə, ona bıçaq xəsarətini yaxınlıqda kirayədə yaşayan 40 yaşlı qadın yetirib. Qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Aygün Elşad qızı Ələkbərova saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Hökməli Fətəliyev Aygünün həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.