Qadın ərinin gözü qarşısında qatarın altına düşdü - VİDEO

28-01-2016, 15:02           
Qadın ərinin gözü qarşısında qatarın altına düşdü - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, Hindistanda baş verən dəhşətli faciə hamını şoka salıb. Belə ki, Mumbai şəhərində Bolrivali vağzalında qadın Kiran Devi Thakor həyat yoldaşının gözü qarşısında qatarın təkərləri altına düşür. Bu facəi müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Kadrlardan görünür ki, qatarın hərəkətdə olmasına baxmayaraq, gənc oğlan ondan düşür və içəridən (ehtimal ki, xanımından) çamodanları bir-bir alır. Sonra düşmə növbəsi qadında çatır. Qadın perrona addımını atır. Lakin, ətəyi qatardakı dəmirə ilişir və o, vaqonla sürüklənməyə başlayır. Həyat yoldaşı ona nə qədər köimək etmək istəsə də, qadın saniyələr içində qatarla perronun arasına düşür. Ətrafdakılar köməyə gəlsələr də, artıq gec olur, qadın dünyasını dəyişir.

FaktXeber.com olaraq bu dəhşətli faciənin kadrlarını sizlərə təqdim edirik.
[media=https://www.youtube.com/watch?v=uB1WA6wiKcQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.