Ismayıllının Qurbanəfəndi kəndində mavi qaz alovlandı FOTO
28-01-2016, 18:35
Teref/info - 28 yanvar 2016-cı il tarixdə rayonun daha bir kəndinə - ləzgilərin kompakt yaşadıqları Qurbanəfəndi kəndinə mavi qaz verildi.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov açdı və bütün kənd sakinlərini bu əlamətdar tədbir -kəndə mavi qazın verilişi münasibətilə təbrik etdi. O, dövlətimizin uğurla davam etdirdiyi daxili siyasətin tərkib hissəsi kimi əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri olaraq qazlaşdırmanın xüsusi əhəmiyyətini qeyd etdi və insanlara daha firavan həyat arzuladı.
Sonra Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bundan sonra da yeni yaşayış məntəqələrinin də qazlaşdırılması ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildirdi.
Kənd ağsaqqalı Ramiz Səfərov kəndə mavi qazın çəkilməsini cənab Prezident İlham Əliyevin xalqa göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirdi və kənd əhalisi alından ölkə Prezidentinə minnətdar olduqlarını bildirdi.
Digər çıxış edənlər də bu fikirdə olduqlarını söylədilər.
Sonra kənd sakini Bəbirov Nadirin evində təbii qaz yandırıldı.
Beləliklə, Qurbanəfəndi kəndində 207 yaşayış evində, yəni 364 təsərrüfatda mavi qaz alovlandı.